Rusiya hesab edir ki, ABŞ ordusu Əfqanıstanı tərk etməlidir

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyası Xarici işlər nazirliyi (RF XİN) ikinci Asiya Departamentinin direktoru, Rusiya Prezidentinin Əfqanıstan üzrə xüsusi nümayəndəsi Zamir Kabulov bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) öz ordusunu Əfqanıstandan çıxartmalıdır, çünki Vaşinqtonun bu ölkədəki kampaniyası iflasa uğrayıb («İzvestiya»).

«Moskva heç vaxt ordusunu Əfqanıstandan çıxartmaq məsələsində ABŞ-ı tələsdirməyib. Amma ABŞ ordusu burada əməlli-başlı bir iş görə bilmədiyi üçün, qoy Əfqanıstandan getsin. Amerikanın Əfqanıstandakı kampaniyası iflasa uğrayıb» - deyə, diplomat qeyd edib.

Kabulov əlavə edib ki, Rusiya həm də ABŞ-n nizami ordusunu özəl muzdlu hərbi şirkətlərlə əvəzləmək niyyətinə qarşıdır. O, son vaxtlar Birləşmiş Ştatlarda müzakirə obyekti olan bu ideyanı axmaqlıq adlandırıb.

Xatırladaq ki, ABŞ-n Əfqaqıstan müharibəsində uduzduğunu son vaxtlar Prezident Donald Tramp və senator Con Makkeyn də bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar