“İsrailin KİV-lərində Azərbaycan əleyhinə yazıları ermənilər sifariş edir”

İsrail kütləvi informasiya vasitələrində son dövrlərdə dərc edilən Azərbaycan əleyhinə yazılar ermənilər və onların havadarları tərəfindən sifariş olunur. Bunu həmin yazıları şərh edərkən virtualaz.org-a Milli Məclisin deputatı Asim Mollazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda və İsraildəki ermənipərəst dairələrdə ən müxtəlif sahələrdə inkişaf edən fəal Azərbaycan-İsrail münasibətləri ilə barışa bilmirlər, buna görə də, həmin münasibətlərə xələl gətirmək üçün əllərindən gələni edirlər.

“Bunlar hamısı Azərbaycana qarşı dezinformasiya müharibəsinin tərkib hissələridir. İsraillə münasibətlərimiz strateji xarakter daşıyır və düşünmürəm ki, aztirajlı nəşrlərdə hansısa yazılar buna xələl gətirə bilər”, - A.Mollazadə deyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar