Ronaldoya 5 oyunluq cəza verildi - VİDEO

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu 5 oyunluq diskvalifikasiyaya məruz qalıb.

BakuPost.az-ın İspaniya Futbol Federasiyasının rəsmi saytına istinadla verdiyi məlumata görə, buna portuqaliyalı hücumçunun "Barselona" ilə ölkə Super Kuboku uğrunda ilk matçda etdiyi hərəkət səbəb olub.

Ronaldu baş hakimi itələdiyi üçün 4, ikinci sarının ardından qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb. Diskvalifikasiya İspaniya çempionatı qarşılaşmalarına da şamil olunur.

Beləliklə, Ronaldu "Barselona" ilə superkubokun cavab görüşündə, habelə "Deportivo", "Valensiya", "Levante" və "Real Sosyedad"la görüşlərdə "Real Madrid"ə kömək edə bilməyəcək.

Qeyd edək ki, Kriştianu Ronaldu "Real Madrid"in "Barselona"nı 3:1 hesabı ilə yendiyi görüşdə qol vurduqdan sonra formasını çıxarıb. Bu hərəkəti ona sarı vərəqə bahasına başa gəlib. O, meydandan kənarlaşdırılmasına səbəb olan növbəti vərəqəni isə simulyasiyaya yol verdiyi üçün alıb. Məhz bundan sonra Ronaldu Rikardo de Burqos Benqoçeanı arxadan itələyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar