Trampın qərarı Çini ciddi şəkildə qayğılandırıb

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Çin Xalq Respublikası (ÇXR) Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın ticarət sferasına aid qərarından ciddi narahatlıq ifadə edib.

ABŞ Prezidenti Çində ABŞ şirkətlərinin intellektual hüquqlarının mümkün pozulması hallarının öyrənilməsi barədə əmr verib. Əgər pozulma halları təsdiqlənərsə, ABŞ Çin mallarına rüsumları qaldıra bilər.

«Sinxua» agentiyinin məlumatına görə, Pekində ümid etdiklərini bildiriblər ki, ABŞ-ın ticarət nümayəndəliyi ağıllı hərəkət edəcək.

ABŞ mətbuatının yazdığına görə, Vaşinqton Çinin Şimali Koreyaya kifayət qədər təzyiq göstərmədiyindən narazıdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar