İran nüvə sazişindən çıxacağı ilə hədələyib

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İran İslam Respublikasının (İİR) Prezidenti Həsən Ruhani elan edib ki, əgər Vaşinqton sanksiya siyasətindən əl çəkməsə, ölkəsi «cəmi bir neçə saat ərzində «altılıq»la (Rusiya, ABŞ, Çin, Fransa, Britaniya və Almaniya) bağlanmış tarixi nüvə sazişindən çıxa bilər».

O, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampı «pis həmkar» adlandırıb və qeyd edib ki, ABŞ nəinki birgə hərtərəfli fəaliyyət planını pozur, həm də digər qlobal sazişləri qulaqardına vurur və danışıqlarda özünün etibarsızlılığını nümayiş etdirir.

İran lideri əlavə edib ki, artıq ABŞ-ın sanksiya və İranı dayandırmaq təcrübəsi var ki, bu da Vaşinqtonu danışıqlar masasına oturdub və nüvə sövdəsinə gətirib çıxardıb.

«Əgər onlar həmin təcrübəyə qayıtmaq istəsələr, lap qısa müddətdə - həftələr və ya aylar miqyasında yox, saatlar və günlər miqyasında biz, öz əvvəlki vəziyyətimizə qayıdacağıq» - Ruhani izah edib.

Bundan əvvəl xəbər verilmişdi ki, ABŞ-ın avantürizminə və sanksiyalarına cavab olaraq, İran özünün raket proqramının maliyyələşdirilməsini 250 milyon dollar artırır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar