Balakəndə zəncirvari qəza nəticəsində 5 nəfər xəsarət alıb

Qezada-sinmish-padpres-180912Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar