Avraam Linkolnun memorialı təhqir olunub - Vaşinqtonda

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) 16-cı Prezidenti Avraam Linkolnun Vaşinqtondakı memorialı naməlum şəxslər tərəfindən təhqirə məruz qoyulub.

Onlar abidənin sütunlarının birinə qırmızı boya ilə «Cəhənnəm olsun qanun!» sözlərini yazıblar.

ABŞ Milli parklar idarəsinə istinadla, xəbəri «NBC» telekanalı yayıb.

İdarənin əməkdaşları yazını pozmağa çalışırlar. Qeyd olunur ki, bu işə təxminən, bir həftə vaxt lazım gələcək.

Məlumat üçün bildirək ki, bu günlərdə Şimali Karolina ştatının Darem şəhərində nümayişçilər Konfederasiya ordusunun xatirəsinə qoyulmuş abidəni aşırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar