Dələduzluqda təqsirləndirilən qadın azadlığa buraxılıb

Dələduzluqda təqsirləndirilən qadın azadlığa buraxılıb.

APA-nın xəbərinə görə, bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi Tamilla Eyyubova Cinayət Məcəlləsinin 178.3.2-cü (dələduzluq) maddəsi ilə ittiham olunub. İttihamda onun Cəfərov Elman Məmməd oğlunun 280 min ABŞ dollarını ələ keçirməsi qeyd edilib. T. Eyyubova barəsində həbs-qətimkan tədbiri seçilib.

Vəkil qeyd edib ki, doqquz ay həbsdə qaldıqdan sonra Tamilla Eyubova həbsdən azad edilərək barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilib: “Hər iki şəxsin Gürcüstan Respublikasında şərikli otel işlətmələri müəyyən edilib. Şərikli fəaliyyət zamanı müflis olublar. Yəni yatırım etdikləri pullara görə qazanc edə bilməyiblər”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar