Məhkəmə prokurorun apellyasiya protestini təmin etməyib

Bu gün Bakı Apellyasiya Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Tural Əliyevin barəsində olan hökmdən dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protesti üzrə məhkəmə iclası başa çatıb.

Bu barədə "Report"a T.Əliyevin vəkili Elvin Səlimov məlumat verib.

Onun sözlərinə görə, hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, prokurorun apellyasiya protesti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən qüvvədə saxlanılıb.

Qeyd edək ki, T.Əliyev Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunub.

Bu il iyun ayının 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə T.Əliyev barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar