«Kim Çen In çox ağıllı və əsaslandırılmış qərar qəbul edib» - Tramp KXDR-ı təriflədi

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp özünün « Tvitter» səhifəsində Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çer Inın Sakit okeandakı Quam adasına ballistik raket atmamaq barədə qərarını şərh edib.

Birləşmiş Ştatların Andersen aviabazasına və Apra-Harborn hərbi-dəniz bazasına raket atmaqdan imtina edilməsini Tramp müdrik, əsaslandırılmış və alternativi olmayan qərar adlandırıb.

«KXDR-nın lideri Kim Çen In çox ağıllı və əsaslandırılmış qərar qəbul edib. Bunun alternativi faciəvi və qəbuledilməz olardı» - deyə, Prezident yazıb

Ötən həftə belə bir xəbər yayılmışdı ki, KXDR-n hərbçiləri Quam adasındakı ABŞ bazasına raket zərbəsi endirmək barədə plan hazırlayıblar. Az sonra Pxenyan dəqiqləşdirdi ki, Koreya yarımadasında münaqişənin gələcəkdə qızışacağı təqdirdə, Şimali Koreyanın raket hissələri «Hwasong» raketi atmağa hazırdır və raket Quam sahilinin 40 kilometrliyinə düşəcək.

Ancaq bir qədər sonra, Kim Çen In strateji hərbi hissələrə təftiş səfəri zamanı bəyan etdi ki, «bir müddət yankilərin axmaq davranışını müşahidə etməyə hazırdır», amma onlara tövsiyyə edir ki, bütün plyus-minusu ayıq başla tərəziyə qoysunlar və anlasınlar ki, qarşıdurma hər iki tərəf üçün məqbul deyil.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar