Tikinti şirkəti uşaq parkını zəbt etdi - Sakinlər etiraza qalxdı (VİDEO)

Bu gün Bakı şəhəri Telnov küçəsi 10, Məzahir Rüstəmov küçəsi 19, 21, Sarayev küçəsi 19 saylı binaların sakinləri Bakı Şəhər İcra Hakimiyyəti qarşısında toplanıblar.

Sakinlərin bildirdiyinə görə, 4 binanın həyətindəki 40 illik yaşıllığı olan meydançada uşaqlar oynayır, yaşlılar istirahət edir. Lakin bir neçə aydır ki, Həsən adlı sahibkar binanın həyətini hasarlatdıraraq uşaq meydançasında hündürmərtəbəli bina tikmək istəyir. Ərazidəki 40 illik ağacların diblərinə mayelər töküb qurudurlar. Sakinlər narazılığını bildirdikdə isə polis onları hədələyir.

Bu barədə sakinlər avqustun 10-da Bakı Şəhər İcra Hakimiyyətinin Qəbul Şöbəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şöbədən isə sakinlərə bildiriblər ki, tikinti barədə İcra Hakimiyyətinin sərəncamı yoxdur və məsələ ilə bağlı elə həmin gün Xətai Rayon İcra Hakimiyyətinin Memarlıq Şöbəsinin müdiri Vadim Surxayeviç onları qəbul edəcək.

Xətai Rayon İcra hakimiyyətində görüşdən sonra məlum olur ki, ərazidə tikinti aparmaq üçün sərəncam verilibmiş. Səhəri gün (avqustun 11-də) Bakı Şəhər İcra Hakimiyyətinə yenidən müraciət edən sakinlər məsələyə aydınlıq gətirilməsini tələb ediblər. Qəbul şöbəsindən cavab olaraq bildiriblər ki, sərəncam verilərkən səs-küyə səbəb olacağını və sakinlərin narazılıq edəcəyini bilməyiblər.

Bu gün Bakı Şəhər İcra Hakimiyyətinin qarşısında toplanan narazı sakinlər qanunsuz tikintinin dayandırılmasını tələb ediblər. Bakı Şəhər İcra Hakimiyyətinin qəbul otağının müdiri Tahir Məsimov sakinlərlə görüşdə bildirib ki, tikinti şirkəti ilə sakinlər razılığa gələ bilməsə, verilmiş sərəncam ləğv ediləcək. Sakinlər tikintinin dayandırılması ilə bağlı rəsmi sənədin verilməyəcəyi təqdirdə etiraz aksiyası keçirəcəklərini bildiriblər.

"AzPolitika"

Böyütmək üçün şəkillərə klikləyin

[gallery ids="346544,346546,346545,346547,346548,346543"]

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar