"Rakka ərazisində 2500-dək İŞİD silahlısı var" - Pentaqon

"İŞİD terror qruplaşmasının 2500-dək silahlısı Suriyanın Rakka şəhəri ərazisindədir".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Quru Qoşunlarının polkovniki, "Sarsılmaz qətiyyət" əməliyyatının rəsmi qərargahının nümayəndəsi Rayan Dillon bu gün keçirdiyi brifinqdə deyib.

"Bizim fikrimizcə, Rakkada hələ də 2500-dən artıq İŞİD silahlısı qalmaqdadır. Qeyd etmək istəyirəm ki, bu təqribi rəqəmdir", - o bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar