Çeçenistanda tanınmış müğənni Zelim Bakayev yoxa çıxıb

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Çeçenistanda tanınmış müğənni Zelim Bakayev Qroznı şəhərində yoxa çıxıb.

Müğənninin iki dostu təsdiqləyir ki, o, respublikanın paytaxtı Qroznı şəhərinin mərkəzində güc strukturları tərəfindən oğurlanıb.

Bakayev uzun müddətdir ki, Moskvada yaşayır, Qroznıya isə bacısının toyuna gəlibmiş. Artıq səkkiz gündür ki, ondan xəbər yoxdur. Amma Daxili İşlər Nazirliyinin (DİN) yerli idarəsində «Dojd» telekanalına deyiblər ki, onlar müğənninin itkin düşməsi barədə ərizə almayıblar. Telekanalın məlumatına görə, Bakayevin yoxa çıxması Çeçenistanın başçısı Kadırovun administrasiyasından olan məmurla əlaqəli ola bilər.

Zelim Bakayevin 26 yaşı var. Yayılan xəbərlərə görə, 2 il bundan əvvəl o, çeçen dinləyciləri arasında ən populyar müğənniyə çevrilib. Bu yaxınlarda müğənninin «İnstaqram»ında hətta onun Ramzan Kadırovla yanaşı şəkili də dərc olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar