«Ukrayna Rusiyanın hücumuna hazırdır» - Müdafiə naziri

«AzPolitika.info»-nun Ukrayna KİV-nə istinadla verdiyi xəbərə görə, Ukraynanın müdafiə naziri Stepan Poltorak bəyan edib ki, silahlı qüvvələrin Baş qərargahı Rusiyanın hücum edəcəyi situasiya üçün tədbirlər planı hazırlayıb.

Nazirin mülahizələrinə görə, hücum Rusiya-Belarus silahlı qüvvələrinin «Qərb-2017» hərbi təlimləri zamanı baş verə bilər. Təlimlər 14-20 sentyabr tarixlərində keçiriləcək.

Poltorak bu barədə avqustun 16-da «UNİAN» agentliyinə danışıb.

«Biz, situasiyanı izləyirik. Rusiya ordusunun sərhədlərimizə doğru bütün hərəkətlərindən xəbərimiz var, Mövcud olan və bu təlimlərin özündə gəzdirdiyi təhdidlərə adekvat cavab verəcəyik» - Poltorak bəyan edib.

Onun sözlərinə görə, Baş qərargah bu təhdidlərə adekvat tədbirlər nəzərdə tutub. O, əlavə edib ki, Ukrayna sərhədlərində baş verənləri Kiyev qeyri-dost addımlar adlandırıb.

Bundan əvvəl Ukraynanın rəsmi şəxsləri artıq Rusiya-Belarus hərbi təlimlərindən narahatlıq ifadə ediblər. Məsələn, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvili belə bir fikir səsləndirib ki, beləliklə, Moskva Belarusu ələ keçirəcək.

Milli təhlükəsizlik və müdafiə Şurasının katibi Aleksandr Turçinov isə deyib ki, Rusiya ordusu Polşa və Litvaya hücumu məşq edəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar