«Tezliklə Rusiyanı emiqrasiya dalğası bürüyəcək» - Lev Qudkov

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Yuri Levada Analitik mərkəzinin direktoru, fəlsəfə elmləri doktoru Lev Qudkov «Amerikanın səsi» radiosunun rus xidmətinə danışıb ki, tezliklə Rusiyanı son illərin ən böyük emiqrasiya dalğası bürüyə bilər.

«Artıq biz, axının dördüncü dalğasını müşahidə edirik və bu, əvvəla, daxili situasiyanın gərginləşməsi, avtoritar rejimin güclənməsi ilə bağlıdır. Həm də indi ölkədən uğurlular və imkanlılar, özlərini tanıtmış, status əldə etmiş, mülkiyyət sahibi olan insanlar gedirlər. Onlar bu ölkədə gələcək həyatlarının perspektivlərini görmürlər. Budur, onlar uşaqlara qayğı və digər obyektiv «səbəblər bayrağı» altında hansısa bir ehtiyat «meydança» tapmağa çalışırlar» - deyə, Qudkov qeyd edib.

Onun sözlərinə görə, orta və kiçik biznesdə «beyin axını» davam edir və eyni zamanda innovasiya texnologiyaları və elm kimi sferalara da «toxunur» - bunlar dövlət təzyiqinə daha həssas sahələrdir.

«Hər şeydən əvvəl, onlar dövlətin daxili təzyiqi altında əzilirlər. Bu və ya digər formada deqradasiya olunurlar, ümumiyyətlə, bütün akademik elm mühiti bürokratik nəzarət və çox aşağı maliyyələşdirmə səbəbilə aşınır. Mədəniyyət, təhsil, səhiyyə sistemləri də zərər çəkir. Qeyd etmək istəyirəm ki, hələlik emiqrasiyanın miqyasını qəbul edən tərəflərin istək və imkanlarının məhdudluğu aşağı salır…».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar