“Koreya yarımadasında müharibə olmayacaq”

Dərc olunub: 17/08/2017 - 09:28

1498062991Koreya yarımadasında müharibə olmayacaq.

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn bəyan edib.

“Tam əminliklə bəyan edirəm – Koreya yarımadasında heç vaxt müharibə olmayacaq. Hərbi gücdən istifadə ABŞ-a Şimali Koreyaya təzyiq göstərmək üçün lazımdır. Bu heç də dərhal hərəkətə keçid demək deyil. ABŞ və prezident Tramp Cənubi Koreya ilə birgə istənilən nizamlama yolunu müzakirə etməyə hazırdır”, deyə Cənubi Koreya prezidenti qeyd edib.

Bununla belə Mun Çje İn vurğulayıb ki, Şimali Koreya üçün “qırmızı xətt” nüvə başlığının yaradılmasıdır və rəsmi Pxenyan bu xətdə artıq yaxınlaşıb: “Hər halda Şimali Koreya ilə dialoq yalnız müəyyən şərtlər əsasında mümkündür”.


loading...




Fikrinizi bildirin