“Qəbələ” – “Qalatasaray” matçının vaxtı müəyyənləşib

Dərc olunub: 17/08/2017 - 11:43

qebele gs“Qəbələ” və Türkiyənin “Qalatasaray” klubları arasında yoldaşlıq görüşünün təşkili üçün danışıqlara başlanılıb.

“Report”un “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, matçın sentyabrın 2-də və 3-də keçirilməsi planlaşdırılır. Həmin vaxt milli komandaların oyunları ilə əlaqədar çempionatlarda fasilə yaranacaq.

“Qalatasaray”ın məşqçilər heyəti bu qarşılaşmada yeni transfer Sofian Fequlini sınaqdan çıxaracaq. İngiltərə “Vest Hem”indən alınan 28 yaşlı yarımmüdafiəçi hazırda bərpa dövrü keçir. Əlcəzair millisinin oyunçusu məhz fasilə müddətində hazırlıqlara başlayacaq. Fequli “Qəbələ” ilə görüşdə özünü yaxşı tərəfdən göstərə bilsə, Türkiyə Super Liqasının IV turunda “Antalyaspor”a qarşı səfər matçında forma geyinəcək.
Qeyd edək ki, “Qəbələ” – “Qalatasaray” matçının Bakıda təşkili planlaşdırılır.


loading...


Fikrinizi bildirin