Kəmaləddin Heydərov Dünya Taekvondo Federasiyasının vitse-prezidenti təyin edilib

Dərc olunub: 17/08/2017 - 15:38

kemaleddin-heyderovAzərbaycan Taekvondo Federasiyasının prezidenti Kəmaləddin Heydərov növbəti dəfə Dünya Taekvondo Federasiyasının (DTF) vitse-prezidenti təyin edilib.

APA-nın məlumatına görə, o, bu etimada qurumun prezidenti Çunqvon Ço tərəfindən layiq görülüb.

Qeyd edək ki, DTF rəhbər strukturuna seçkiləri müəyyən edilmiş yeni qaydalarına əsasən aparır. Qitələr üzrə seçilmiş taekvondo birliklərinin rəhbərləri birbaşa olaraq DTF-nin vitse-prezidenti postunda yer alır. Digər iki vitse-prezident isə qurumun prezidenti tərəfindən təyin edilir.


loading...




Fikrinizi bildirin