«ABŞ Çinlə iqtisadi qarşıdurmaya köklənməlidir» - Stiv Bennon

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidentinin müşaviri Stiv Bennon hesab edir ki, ölkəsi Çinlə iqtisadi qarşıdurmaya fokslanmalıdır.

Onun sözlərinə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) probleminə yönəlik Pekinin siyasəti sadəcə, diqqəti yayındırmaqdan ibarətdir. Müşavir bu barədə «The American Prospect» jurnalına verdiyi müsahibədə bəyan edib.

Ağ evin baş strateqi əmindir ki, 10 ildən sonra dönüş nöqtəsi yarana bilər ki, ondan sonra ABŞ indiki siyasətini davam etdirəcəyi təqdirdə, artıq Çinlə rəqabət apara bilməyəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar