Britaniya Suriyadakı terrorçulara letal silahlar verib? – AÇIQLAMA

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın xarici işlər nazirliyi (XİN) Suriyanın xarici işlər nazirinin müavini Feysəl Mikdadın guya Suriyadakı terrorçuların anbarlarında Böyük Britaniyada və Amerika Birləşmiş Ştatlarında (ABŞ) istehsal olunmuş kimyəvi və digər letal silahların tapılması barədə dediklərini şərh edib.

XİN nümayəndəsinin sözlərinə görə, London Suriyaya kimyəvi və digər letal silahlar göndərmir.

«Britaniya Suriyadakı tərəflərin heç birinə letal silahlar göndərmir» - deyə, «RİA Novosti» agentliyi Britaniyalı nümayəndədən sitat gətirir.

Bundan əvvəl Mikdad bəyan etmişdi ki, terrorçuların atıb qaçdıqları silah-sursat anbarlarında ABŞ-da və Britaniyada markalanmış zəhərli maddələr tapılıb – konkret olaraq ABŞ-da yerləşən «Federal Laboratories» və «NonLethal Technologies» şirkətləri və Britaniyanın «Cherming Defence UK» şirkəti tərəfindən markalanmış maddələr.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar