Alimlər ilk dəfə insanı dondurublar!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin alimləri dünyada ilk dəfə olaraq, insan bədəninin kriogen dondurulmasını həyata keçiriblər. Bu barədə «Sinxua» agentliyi xəbər verib.

Alimlər Şandur əyalətindən olan və ağciyər xərçəngindən ölmüş 49 yaşlı Çjan Vanlyanın çəsədini kriokameraya yerləşdirə biliblər.

Həyat yoldaşının istəyinə əsasən ölmüş qadının cəsədi xüsusi emaldan keçirilib və «Shandong Yinfeng Biological Engineering Group» şirkətinin mütəxəssisləri tərəfindən kameraya yerləşdirilib. Alimlər ümid edirlər ki, texnologiyaların inkişafı bir neçə onillikdən sonra ölmüş insanları həyata qaytarmağa imkan yaradacaq və bu müddət ərzində onların cəsədləri kriokamerada ideal vəziyyətdə saxlanacaq.

Cəsədin dondurulması əməliyyatı hələ may ayında həyata keçirilib, amma bu barədə informasiya bir neçə ay sonra elan olunub. Xəbər verilir ki, mayın 10-dan həmin qadının cəsədi maye azotla doldurulmuş 2000 litrlik xüsusi konteynerdə saxlanır. Konteynerin daxilində temperatur minus 200 dərəcə (Selsi ilə) təşkil edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar