Sumqayıtda binada yanğın - Sakinlər təxliyə olunudu

Sumqayıtda binada yanğın olub.

Trend Fövqəladə Hallar Nazirliyinə istinadən məlumat verir ki, Sumqayıt şəhərində ümumi sahəsi 72 kv.m olan 4 otaqlı mənzilin 1 otağında 1 ədəd "LG" markalı televizor və mebel 3 kv.m sahədə yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 15 nəfər bina sakini (o cümlədən 4 nəfər azyaşlı) təxliyə olunub.

Mənzil yanğından mühafizə olunub. Yanğın saat 13:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar