Göygöldə iki qadın amansızlıqla öldürülüb – Birinin başı bədənindən ayrılıb (Yenilənib)

Dərc olunub: 17/08/2017 - 21:20

ambulansGöygöl rayon sakini qaynanasını və həyat yoldaşını qətlə yetirib.

“Report”un Qərb bürosunun məlumatına görə, qatil həm də mərhumun bacısı oğludur.

Zaur adlı şəxs qaynanasını və həyat yoldaşını öldürdükdən sonra hadisə yerindən qaçıb.

Onların iki azyaşlı övladları var.

***

Göygöl rayonunda iki qadın amansızlıqla qətlə yetirilib.

“Report”un məlumatına görə, onlardan biri başı kəsilərək öldürülüb, digərinə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib.

Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***
Göygöl rayonunda qətl hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.

Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.


loading...




Fikrinizi bildirin