Barselonada terror aktı törədilib - 13 nəfər ölüb (Yenilənib)

İspaniyanın Barselona şəhərində törədilmiş terror aktı nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, hadisə nəticəsində daha 20 nəfər yaralanıb.

***

İspaniyanın Barselona şəhərində naməlum sürücü idarə etdiyi mikroavtobusu kütlənin üzərinə sürüb.

"Report" "Hürriyet"ə istinadən xəbər verir ki, Las Ramblas turizm bölgəsində baş vermiş hadisə nəticəsində iki nəfərin öldüyü və xeyli sayda yaralananın olduğu bildirilir.

Sürücünün hadisə yerindən qaçdığı, bölgədəki bütün metro və qatar stansiyalarına giriş-çıxışların bağlandığı qeyd olunub.

İspaniya polisi hadisənin terror aktı olduğunu açıqlayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar