UEFA “Kopenhagen”in “Qarabağ”a qarşı şikayətini rədd edib

UEFA Danimarkanın "Kopenhagen" klubunun Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı Bakıda keçirdiyi və 0:1 hesabı ilə uduzduğu ilk oyunla əlaqədar şikayət məktubuna cavab verib.

Bu barədə Danimarka klubunun rəsmi saytı məlumat yayıb.

Avropa futbol qurumu "Kopenhagen" "Qarabağ"ın kapitanı Maksim Medvedevin görüşün 20-ci dəqiqəsində top uğrunda mübarizə zamanı Pyer Benqtssonu qəsdən vurması ilə bağlı iddialarını əsassız sayıb. Belə ki, müdafiəçinin rəqibinə dirsək zərbəsi vurduğunu düşünən kopenhagenlilərin müraciətinə “yox” cavabı verilib. Cavab heç cür əsaslandırılmayıvb.

Eyni zamanda bildirilib ki, “Kopenhagen”in bu qərardan apellyasiya şikayəti vermək hüququ yoxdur.

"Kopenhagen"lə "Qarabağ" arasındakı cavab matçı avqustun 23-də Danimarka paytaxtında keçiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar