Bakıda marketdə yanğın olub 

Bakıda yanğın hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində, saat 23 radələrində qeydə alınıb.

Qəsəbənin "D" yaşayış massivi ərazisindəki "Ballı market"də baş vermiş yanğın zamanı elektrik avadanlıqlarından biri alışıb və partlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Suraxanı Rayonu Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb edilib və alovun qarşısı alınıb.

Yanğın zamanı yaxınlıqdakı tibb mərkəzi də zərər çəkib. Hadisə zamanı xəsarət alan olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar