"ABŞ tarixini məhv etdiniz" - Tramp üsyan etdi

Konfederasiya tarixinə aid heykəlləri götürməklə bu ölkənin tarixini dəyişdirə bilməzsiniz, lakin ondan öyrənə bilərsiniz.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

“Bu heykəlləri götürməklə ölkə tarixinin parçalandığını görmək çox kədərlidir. Əvvəlcə, Robert E.Li, Stonel Cekson, bəs sırada kim var? Vaşinqton? Cefferson? Axmaqlıqdır. Şəhərlərimizin gözəlliyi pozulur. Parklardakı bu boşluq əsla doldurulmayacaq”, - Ağ Ev lideri bildirib.

Qeyd edək ki, sözügedən heykəllərin götürülməsi səbəbindən ABŞ-ın Virciniya ştatının Çastorville şəhərində radikal qruplar arasında güclü toqquşmalar baş vermişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar