İspaniyada gün ərzində ikinci terror aktı törədildi

Terrorçular Barselona yaxınlığındakı Kambrils şəhərində avtomobili piyadaların üzərinə sürüblər.

"Report"un məlumatına görə, bu barədə "24 Horas" telekanalı xəbər verib.

"Cadena Ser" radiostansiyasının xəbərinə görə, hadisə nəticəsində 2 nəfər ağır, 3 nəfər yüngül xəsarət alıb. Terrorçuların zərərsizləşdirildiyi bildirilir.

Bundan əvvəl isə Kambrils polisi terror aktının baş verdiyini, bir neçə terrorçunun öldürüldüyünü bildirib.

"24 Horas"ın məlumatına görə, antiterror əməliyyatı zamanı 4 terrorçu öldürülüb, daha 1-i yaralanıb. Telekanal atışmanı əks etdirən kadrları nümayiş etdirib.

Barselonada ötən gün baş vermiş birinci terror aktı zamanı 13 nəfər öldürülüb, 100 nəfər xəsarət alıb. Polis terror aktında şübhəli bilinənlərin ikisinin saxlanıldığını, birinin öldürüldüyünü bildirib. Hadisəyə görə məsuliyyəti İŞİD terror qruplaşması üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar