Barselonada zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur

İlkin məlumatlara görə, Barselonada baş vermiş terror aktı nəticəsində zərər çəkənlər arasında Azərbaycan vətəndaşları yoxdur.

Trend-in məlumatına görə, bu barədə Frans Press agentliyi yerli hakimiyyətin məlumatına istinadən xəbər verir.

Daha əvvəl agentlik terakt nəticəsində azı 18 ölkənin vətəndaşının xəsarət aldığını bildirib.

Məlumata görə, xəsarət alanlar arasında Fransa, Almaniya, İspaniya, Niderland, Argentina, Venesuela, Belçika, Avstraliya, Macarıstan, Peru, Şimali İrlandiya, Yunanıstan, Kuba, Makedoniya, Çin, İtaliya, Rumıniya və Əlcəzair vətəndaşları var.

Qeyd edək ki, Barselonada törədilmiş terror aktı nəticəsində 13 nəfər ölüb, 100 nəfər xəsarət alıb. İŞİD terror təşkilatı terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar