“Pis ruhları çıxartmaq” istəyən qadın 5 yaşlı oğlunu boğub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqdirləndirilən Nazilə Qulubəyovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

"Report" xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Qeyd edək ki, dəhşətli qətli törədən 1983-cü il təvəllüdlü Nazilə Qulubəyova Bakıda dini təriqətlərdən birinin üzvü olub.

O, 5 yaşlı oğlu Fərid Quluzadəni boğaraq qətlə yetirib. Hadisə paytaxtın Yasamal rayonu D.Bünyadzadə küçəsi ev 15 ünvanındakı mənzillərindən birində baş verib.

Orada yaşayan 2011-ci il təvəllüdlü Fərid Quluzadənin meyiti aşkar olunub.

Uşağın xristian yönümlü təriqətin üzvü olan anası Nazilə Qulubəyova tərəfindən öldürüldüyü məlum olub. N.Qulubəyova deyib ki, “pis ruhları çıxartmaq” üçün oğlunun ağızına əski parçası tutaraq sıxıb. Nəticədə azyaşlı ölüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar