«Zelimxan Bakayevin oğurlanması barədə xəbər «səfeh söhbət»dir»

AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Çeçenistan hakimiyyəti bir neçə gün bundan əvvəl müğənni Zelimxan Bakayevin Qroznıda oğurlanması barədə yayılmış xəbəri «səfeh söhbət» adlandırıb.

«O, heç yerə itiməyəcək. Onun burada düşmənləri olmayıb» -deyə, Qroznıda inandırmağa çalışıblar.

Çeçenistanın milli siyasət, xarici əlaqələr, mətbuat və informasiya naziri Cambulat Umarov əmindir ki, «bir müddət» sonra Bakayev «üzə çıxacaq».

«Bu oğlan nə vəhabist, nə terrorçu olmayıb və heç bir «tarixçə» ilə əlaqəli deyil. Heç kim «onu» tutmayıb, yüz il də bundan sonra, o, heç kimə lazım deyil» - deyə, nazir «RBK»-a danışıb.

Bakayevin «yoxa çıxması» barədə xəbəri «Kakazskiy uzel» nəşri yayıb. Qohumlarının söhlərinə görə, Bakayev Qroznıya bacısının toyuna gedib və avqustun 9-da Moskvaya qayıtmalı imiş, amma hələ də ondan xəbər yoxdur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar