BAKIDA GÖRÜNMƏMİŞ HADİSƏ! - Avtobus sürücüsünə tapança tuşlayanın kimliyi bilindi + VİDEO

Daxili İşlər Nazirliyi Bakıda marşrut avtobusunda sərnişinin sürücüyə silah çəkməsi ilə bağlı yayılan video-görüntülərə münasibət bildirib. Nazirliyin mətbuat xidmətindən  bildirilib ki, dünən saat 20.25 radələrində Binəqədi rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinə naməlum sərnişinin avtobusda odlu silaha oxşar əşya ilə avtobusun sürücüsünü hədələməsi barədə məlumat daxil olub.

Dərhal Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində bu xuliqanlıq hərəkətini törədən şəxsin şəxsiyyəti tam müəyyənləşib. Hazırda onun saxlanılması üçün tədbirlər görülür.

Qeyd olunan hadisə avqustun 16-da saat 23:00-da Bakının 9-cu mikrorayonunda, Adil Əliyev küçəsində baş verib. Bu barədə virtualaz.org-a Bakı Nəqliyyat İdarəsindən məlumat veriblər.

* * *

Bakıda hamı çoxdan adət edib ki, ictimai nəqliyyat ətrafında daim qalmaqallar yaşanır. Gah sürücü kiməsə kobudluq edir, gah da sürücünün özünü döyürlər (bu yaxınlarda səs-küyə səbəb olmuş hadisəni xatırlamaq olar).Lakin bu gün baş vermiş hadisə bütün çərçivələrdən kənara çıxır. Aşağıda təqdim etdiyimiz videoda görmək olar ki, “potensial sərnişin” avtobusa bunun üçün ayrılmamış yerdə minmək istəyir. Sürücünün və digər sərnişinlərin iradlarına isə Hollivud personajlarının “ən yaxşı ənənələr”inə uyğun olaraq tapança çıxarmaqla cavab verir.

Avtobus sürücüsünün soyuqqanlılığını qeyd etməmək olmur. O qorxmur və bu qorxmazlığı əslində daşıdığı insanları xilas edir. Ümid edək ki, hüquq-mühafizə orqanları şəhərdə odlu silahla dolaşan və dinc sakinlərə təhlükə törədən bu gənci axtarıb tapmaq üçün bütün zəruri tədbirləri görəcəklər, Nəqliyyat Nazirliyi isə bundan nəticə çıxaracaq və ictimai nəqliyyatda gediş-gəlişin təhlükəsizliyini artıracaq.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar