Türkiyədə zəlzələ olub

Türkiyədə 4,5 bal gücündə zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Türkiyə hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan Qaldırılması üzrə İdarənin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 17:10-da, kurort şəhəri Bodrumda baş verib.

Zəlzələnin episentri Göyova körfəzində, zəlzələ ocağı 16,7 kilometr dərinlikdə yerləşib.

Tələfat və ya dağıntı barədə məlumat verilmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar