Vasif Talıbov jurnalistə 3 otaqlı mənzil hədiyyə etdi

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Azərtac”ın MR-də akreditasiya olunan əməkdaşı Rauf Kəngərliyə 3 otaqlı mənzil hədiyyə edib. Bu barədə jurnalistin özü məlumat verib.

“Dostlar, sevincimin həddi-hüdudu yoxdur. Ailə həyatı qurduğum 22 il ərzində ilk dəfədir, nəhayət ki, bir evim oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun böyük diqqət və qayğısı nəticəsində Naxçıvan şəhərinin çox görkəmli bir yerində 3 otaqlı mənzillə təmin olundum.

Bu, mənə və mənim timsalımda qədim diyarda fəaliyyət göstərən bütün mətbuat nümayəndələrinə göstərilən etimadın, qayğının növbəti nümunəsidir. Mən, həyat yoldaşım və 4 övladım ömür boyu Ali Məclisin Sədrinə minnətdar olacağıq!”

Qeyd edək ki, Rauf Kəngərli əslən Naxçıvan MR-in Kəngərli rayonundandır. Uzun müddət paytaxt Bakıda fəaliyyət göstərən KİV-lərdə çalışıb. Bir neçə ildir ki, “Azərtac”ın Naxçıvan MR üzrə müxbiri vəzifəsində işləyir.

Azinforum.az

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar