“Akkord” 15,3 milyon dollarlıq tenderin qalibi oldu

Gürcüstanın Birləşmiş Su Təchizatı Şirkəti Çiatura şəhərinin su sistemləri şəbəkəsinin yenidənqurulmasının həyata keçirilməsi üçün tender keçirib.

“Marja” xəbər verir ki, dəyəri 15,3 milyon dollar olan tenderin qalibi Azərbaycan şirkəti “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC olub.

16 Avqust 2017ci il tarixində Tbilisi şəhərində Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdiriləcək layihənin imzalanma mərasimi keçirilib.

Bundan əvvəl “Akkord” Qazaxıstanda yolun inşası üzrə 70 milyon dollarlıq tenderin qalibi olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar