Avropa sərhədlərini bağlamaqla, terrordan xilas ola bilər - Polşanın mövqeyi

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Polşa hakimiyyəti hesab edir ki, Avropa öz sərhədlərini bağlamaqla, terrordan qurtula bilər.

Polşa daxili işlər naziri Mariuş Blaşakın fikrincə, Kataloniyada baş verənlər «sivilizasiyaların toqquşması»dır. Bununla effektli mübarizə üsulu mövcud deyil.

«Avropa üçün yeganə imkan - qapıları bağlamaqdır» - deyə, nazir qeyd edib.

«Bizdə - Polşada müsəlman icması, islam terrorçuları üçün təbii baza rolunu oynayan çoxsaylı anklavlar yoxdur. Biz, mümkün olan hər şeyi edirik ki, ölkə təhlükəsizlikdə olsun və miqrantları qəbul etməyə razılıq vermirik» - Blaşak bildirib və əlavə edib ki, onun ölkəsində belə hadisələr mümkün deyil, çünki Varşava Yaxın Şərqdən və Afrikadan miqrant qəbul etməkdən boyun qaçırıb.

Polşalı nazirin bu bəyanatı dünya katolik mərkəzinin iç üzünü bir daha açıb göstərir. Onun dedikləri mahiyyət etibarilə, aşağıdakı mənaya gəlir: Müsəlmanın qapısını sındırıb, mənzilinə gir - qarət elə , sakinləri qətlə yetir və dağıdıb, çıx… öz qapını isə oradan xilas olaraq, canını götürüb qaçanların üzünə bağla!

Bu da Polşa katoliklərinin (katolik dünyasının) «xristian şəfqəti»…

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar