Putinə Rusiya paytaxtını dəyişmək təklif edilib

Demoqrafiya, Miqrasiya və Regional İnkişaf İnstitutunun Müşahidə Şurasının rəhbəri Yuri Krupnov Rusiya prezidenti Vladimir Putinə ölkənin paytaxtını Uralın o biri tərəfinə keçirməyi təklif edilib.

"Report" RT-yə istinadən xəbər verir ki, Y.Krupnov Rusiyanın həddən artıq mərkəzləşdiyini bildirib.

Onun fikrincə, paytaxt regionu bütün Rusiya əhalisinin, demək olar ki, 1/5-ni özündə cəmləyir. O həmçinin milli inkişafın da əhalinin yarıdan çoxunun yaşadığı 15-25 meqapolisdə getdiyini əlavə edib.

Demoqraf "Moskvasızlaşdırmaq doktrinası" layihəsində müvafiq təşəbbüsləri qeyd edib.

Sənəddə deyilir ki, davam edən daxili miqrasiya nəticəsində Rusiya geosiyasi üstünlüklərini itirə bilər. Y.Krupnovun fikrincə, inkişafda prioriteti Uzaq Şərq və Sibirə yönəltmək lazımdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar