Moody's Azərbaycanın reytinqini aşağı saldı

Moody-azerbaijanMoody's Azərbaycan hökumətinin emitent və təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.

"Marja" agentliyin məlumatına istinadən xəbər verir ki, reytinqin proqnozu "stabil"dir.

Moody's həmçinin "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin təminatsız borc reytinqini "Ba1" səviyyəsindən "Ba2" səviyyəsinə endirib.

Reytinqlərin azaldılması Azərbaycanın fiskal və iqtisadi gücünün zəifləməsini əks etdirir. Neftin aşağı qiymətləri aşağı olması, istehsalın azalması, bank sisteminin çox zəif olması iqtisadi artımı məhdudlaşdırır. Eyni zamanda dövlət borcu çox yüksək səviyyədədir. Bütün bunlar ölkənin borclarını geri qaytarmamaq risklərini artırır.

ƏHƏMİYYƏTLİ KREDİT RİSKİ SƏVİYYƏSİ

Moody's Uzunmüddətli Korporativ Öhdəliyi Reytinqinin ikinci səviyyəsi olan "Ba2" borcun "əhəmiyyətli kredit riski"nə məruz qala biləcəyini əks etdirir. Riskli öhdəliklər spekulyativdir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar