Ukrayna XİN Moskvaya növbəti nota göndərdi – Putinin Krıma səfərinə görə

Putin and Crimea.AzPolitika.info Ukrayna KİV-ə istinadla xəbər verir ki, Ukrayna xarici işlər nazirliyi (XİN) Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin Krım yarımadasına səfərinə görə, bu ölkənin xarici siyasət idarəsinə növbəti etiraz notası göndərib.

«Ukrayna tərəfi hesab edir ki, sözügedən səfər və necə deyərlər, Rusiya məmurlarının müvəqqəti işğal olunmuş Krım Muxtar Respublikasına və Sevastopol şəhərinə digər səfərləri Ukrayna dövlətinin suverenliyinin və ərazi bütövlüyünün kobud şəkildə pozulması deməkdir» - deyə, idarənin mətbuat xidmətindən xəbər verilir.

«Rusiya Federasiyası xarici işlər nazirliyinə bu barədə uyğun nota təqdim olunub» - deyə, Ukrayna XİN-də təsdiqləyiblər.

Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Krıma «işgüzar səfər»i çərçivəsində Sevastopol məktəbində – «Kazak buxtası» ümumtəhsil mərkəzində olub.

Səfər zamanı Putini Baş nazir Dmitri Medvedyev, Cənub Federal dairəsi üzrə prezidentin səlahiyyətli nümayəndəsi Vladimir Ustinov, təhsil naziri Olqa Ustinova və Sevastopl qubernatorunun

səlahiyyətlərini müvəqqəti icra edən Dmitri Ovsyannikov müşaiyət ediblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar