Türkiyə Almaniyanın cavabını verdi - "Sənlik deyil"

Bizim gömrük anlaşması ilə bağlı tərəfdaşımız Almaniya deyil, Avropa Birliyidir.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Gömrük və Ticarət naziri Bülənt Tüfəngçi deyib.

Nazir bildirib ki, iqtisadi əlaqələrin şantaj vasitəsi kimi istifadə edilməsi qəbuledilməzdir:

“AB-nin öz dəyərləri var. Biz ittifaqla mümkün olduğu qədər iqtisadi əlaqələri genişləndirməyi planlaşdırırıq. Türkiyə əleyhinə vəziyyət yaranıb. Gömrük razılaşmasınının yenilənməsini həm AB, həm də Türkiyə tərəfi istəyir. Bəs yenilənmə olmasa nə baş verəcək? Yenə də yolumuza davam edəcəyik. Dünyanın axırı deyil. Lakin bu, hər iki tərəfin xeyrinədir”.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel Türkiyə ilə Gömrük anlaşmasını yeniləməyəcəklərini demişdi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar