Ukraynalı öz vətəndaşlığını Saakaşviliyə bağışlamağa hazırdır - FOTO

«AzPolitika.info»-nun Ukrayna KİV-ə istinadla verdiyi xəbərə görə, Ukraynanın Nikolayev şəhər sakini öz vətəndaşlığını Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə bağışlamağa hazır olduğunu bildirib. Bu məqsədlə o, «Öz vətəndaşlığımı Saakaşviliyə hədiyyə edirəm» plakatı ilə təkadamlı piketə çıxıb. Piketçinin fotosunu Saakaşvili özü «Feysbuk» səhifəsində bölüşüb.

Plakatda yazılıb: «Öz vətəndaşlığımı Saakaşviliyə bağışlayıram. Mən, Poroşenkonun mafiyası ilə bacara bilmirəm, amma Mixail bacarar».

Dəstək göstərdiyinə görə, Saakaşvili Nikolayevdən olan piketçiyə təşəkkür edib.

Məlum olduğu kimi Ukrayna Prezidenti Poroşenkonun əmri ilə Saakaşvili cari ilin iyulunda Ukrayna vətəndaşlığından məhrum edilib. Amma o, yaxın günlərdə Ukraynaya qayıdacağını və vətəndaşlığını bərpa edəcəyini bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar