Azərbaycan Prezidenti Gədəbəyə səfərə gedib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev Gədəbəy rayonuna səfərə gedib.

"Report" xəbər verir ki, dövlət başçısı ümummilli lider Heydər Əliyevin Gədəbəy şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov Prezident İlham Əliyevə son illərdə rayonda görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Bildirilib ki, rayonun sosial-iqtisadi göstəriciləri xeyli yaxşılaşıb, çoxlu sosial infrastruktur obyekti tikilib, istehsal müəssisələri yaradılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar