"5 İŞİD terrorçusu zərərsizləşdirilib" - Bineli Yıldırım

Türkiyə sərhədini qanunsuz keçməyə cəhd göstərmiş 5 İŞİD terrorçusu zərərsizləşdirilib.

"Report"un məlumatına görə, bu barədə "Hürriyyet" ölkənin baş naziri Bineli Yıldırıma istinadən xəbər verib.

"Bu gün səhər İŞİD-in 5 üzvü sərhədi qanunsuz keçmək istəyərkən zərərsizləşdiriliblər. Hazırda vəziyyət nəzarət altındadır", - deyə baş nazir bildirib.

Nəşr qeyd edib ki, avqustun 19-da Hatay vilayətində polis İŞİD üzvü olmaqda şübhəli bilinən 5 nəfəri saxlayıb, güc strukturlarının bölməsinə hücum etmək istəyən bir nəfəri yaralayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar