GENERAL RAFİQ ABBASOV DAXİLİ İŞLƏR NAZİRİ TƏYİN OLUNDU? - Yenilənib

Polis general-mayoru Rafiq Abbasov Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin olunub. Bu barədə virtualaz.org-a Muxtar Respublikanın rəhbərliyindəki mənbədən məlumat verilib.

Bu təyinata qədər general R.Abbasov Azərbaycan DİN-in Baş Kadrlar İdarəsinə rəhbərlik edirdi, ondan əvvəl isə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

"AzPolitika.info" dəqiqləşdirib ki, rəsmi təyinat olmasa da, son günlər həqiqətən də R.Abbasovun adı Naxçıvanın DİN başçısı postuna əsas namizəd kimi nəzərdən keçirilib. Bu baxımdan xəbər inandırıcıdır. Lakin əgər bu təyinat reallaşarsa, sözün əsl mənasında sensasiya olacaq. R.Abbasovu MR Ali Məclisinin sədri Vasif Talıbovun namizədi kimi qəbul etmək çox çətindir...

***

DİN Rafiq Abbasov barədə yayılan məlumatı təkzib edib.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən virtualaz.org-a verilmiş məlumata əsasən, polis general-mayoru Rafiq Abbasovun Naxçıvan Muxtar Respublikasının daxili işlər naziri vəzifəsinə təyin edilməsi barədə xəbər həqiqəti əks etdirmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar