“Mançester Siti” Messiyə 300 milyon avro təklif edəcək

messiİngiltərənin “Mançester Siti” futbol klubu Kataloniyanın “Barselona” klubunun hücumçusu Lionel Messinin əldə edilməsində maraqlıdır.Virtualaz.org İspaniyanın “Mundo Deportivo” nəşrinə istinadən xəbər verir ki, ingilis klubu argentinalı forvarda 300 milyon avro təklif etməyi planlaşdırır.

Qeyd olunur ki, Messinin hazırda qüvvədə olan müqaviləsində onun yalnız bu qiymətə klubunu dəyişəcəyi ilə bağlı xüsusi bənd var.

Maraqlıdır ki, 2017-ci ilin iyul ayında “Barselona” ilə Messi arasında müqavilənin müddətinin uzadılması barədə məlumat verilsə də, bununla bağlı mərasim keçirilməyib və bəzi mütəxəssislər müqavilənin ümumiyyətlə bağlanmadığını ehtimal edirlər. Əslində, “Mançester Siti” də yaranmış bu pauzadan faydalanmaq niyyətindədir.

Xatırladaq ki, “FourFourTwo” nəşrinin keçirdiyi sorğunun nəticələrinə əsasən, Lionel Messi bütün xalqların və dövrlərin ən yaxşı futbolçuları arasında Dieqo Maradonadan sonra ikinci yeri tutmuşdu. “Futbolun kralı” adlandırılan Pele həmin sıralamada üçüncü olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar