Fransada dəmir yol vağzalında şübhəli yük aşkarlanıb

Fransanın Marsel şəhərində Sen-Şarl dəmir yol vağzalında insanlar sahibsiz yük aşkarlanması səbəbindən evakuasiya edilib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fransa Milli Dəmir Yol Cəmiyyəti “Twitter” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.

“Le Figaro” qəzeti evakuasiyanın yerli vaxtla saat 15:30 radələrində başladığını yazıb. Hazırda 45 dəqiqədir ki, qatarların hərəkəti dayandırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar