Ağstafada polis əməkdaşı bıçaqlanıb

BicaqAğstafada bıçaqlanma olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayon Polis Şöbəsinin əməliyyatçısı , 1994-cü il təvəllüdlü Nurlan Vəliyev ənsə nahiyəsinin və göz ətrafı nahiyənin kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirlir.

Məlumata görə, hadisə Qazax rayonu ərazisində yanacaqdoldurma məntəqələrinin birində qeydə alınıb. Polis əməkdaşını bıçaqlayan şəxsin kimliyinin məlum olduğu bildirilir. Hazırda onun saxlanılması istiqamətində polis şöbəsində əməliyyat tədbirləri həyata keçirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar