ATƏT təmsilçiləri Cəmil Həsənlinin nümayəndələri ilə görüşdülər

ATƏT təmsilçiləri Cəmil Həsənlinin nümayəndələri ilə görüşdülər

Bu gün ATƏT nümayəndə missiyasının nümayəndələri Cəmil Həsənlinin seçki qərərgahının üzvləri ilə görüş keçirib.Görüşdə ATƏT nümayəndələ Meqan Fitscerald (hüquq məsələləri üzrə analitik), Vadim Jvanoviç ( siyasi analitik), Cəmil Həsənlinin səlahiyyətli numayəndələri Həsən KƏrimov, Gulaqa Aslanli, Mustafa Hacıbəyli, Kərimxan Zeynalov iştirak edib.

ATƏT nümayəndələri secki kampaniyasi dövründə baş verən qanun pozuntulari və bu pozuntularla bağlı MSK-ya edilən şikayətlərin taleyi ilə marağlanıblar.

Onlara MSK-ya edilən şikayətlərlə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, şikayıtlərin heç birinə cavab verilməyib, baş verən qanun pozuntuları aradan qaldırılmayıb.

ATƏT nümayəndələrinə həmçinin Gəncədə və Qəbələdə buklet paylayan nümayəndələrin həbs edilməsi barədə məlumat verilib.

ATƏT nümayəndələri bu məlumatları qeyd edib və onları seçki yekununa dair hesabata daxili edəcəklərini bildiriblər. Xəbəri "musavat.com" yayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar