İraqın Təlafər şəhərini 40 min dinc sakin tərk edib

İraqın Təlafər şəhərinin İŞİD terrorçularından azad edilməsi əməliyyatı başlayandan bu günə kimi yaşayış məntəqəsini 40 min dinc sakin tərk edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Dyujarrik bildirib.

O, qeyd edib ki, BMT yaxın günlərdə qaçqın axının azalacağını gözləmir.

"Qırx minə yaxın insan şəhər və onun ətrafını tərk edib. BMT və müttəfiqləri ərazidə nə qədər insanın qaldığını, döyüşün harda getdiyini bilmir. Lakin biz yaxın günlərdə və həftələrdə daha minlərlə insanın qaçmağa məcbur olacağını bilirik", - deyə Dyujarrik brifinqdə bildirib.

BMT-nin İraq üzrə humanitar əlaqələndiricisi Liz Qrandenin sözlərinə görə, Təlafərdə ərzaq və su tükənib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar