Rostovda baş vermiş yanğında xəsarət alanların sayı 36 nəfərə çatıb

Rusiyanın Rostov şəhərində baş vermiş güclü yanğınla əlaqədar 36 nəfər tibbi yardım üçün müraciət edib.

"Report"un məlumatına görə, bu barədə "RİA Novosti" Səhiyyə Nazirliyinin vilayət üzrə rəhbəri Tatyana Bıkovskayaya istinadən xəbər verib.

"Otuz altı müraciət daxil olub. Üç nəfər 15, 7 və 5 faiz yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Həmçinin FHN-in 1 əməkdaşı kəllə-beyin zədəsi, 3 polis əməkdaşı dəm qazından zəhərlənmə ilə bağlı həkimlərə müraciət edib", - deyə Bıkovskaya bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar